Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir A. Axundov/
Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizinin tikintisi başa çatdıqdan sonra dəhlizdən Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (ISAF) antiterror əməliyyatları çərçivəsində istifadə edilən avadanlıq və texnikanın çıxarılması üçün istifadə edilə bilər. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.
Onun sözlərinə görə, bu, qoşunlara aid deyil.