...

Hesablama Palatası: Azərbaycanın 2013-cü il dövlət büdcəsi müasir çağırışlara cavab verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2012 15:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanın 2013-cü il üçün dövlət büdcəsi layihəsi müasir çağırışlara cavab verir və əhalinin rifahı üçün maliyyə təminatı yaradır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Hesablama Palatasının sədri Heydər Əsədov çərşənbə axşamı 2013-cü il və sonrakı üç il üzrə dövlət büdcəsi layihəsinin Milli Məclisin beş komitəsinin birgə iclasında müzakirəsi zamanı bildirib.

"İlk dəfə olaraq dövlət büdcəsinin xərcləri 25 milyard dollardan yüksək səviyyədə proqnozlaşdırılır ki, bu da rekord göstəricidir", - Əsədov bildirib.

Layihəyə əsasən, növbəti ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 19,154 milyard manat (2013-cü ildə proqnozlaşdırılan ÜDM-in 34,2 faizi), xərcləri 19,81 milyard manat (ÜDM-in 35,2 faizi) həcmində proqnozlaşdırılır.

Dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifovun dediyi kimi, gözləntilərə əsasən, 2013-cü ildə gəlirlər bu ilin proqnozlaşdırılan göstəricilərini 2,116 milyard manat və ya 12,4 faiz, 2011-ci ilin faktiki göstəricilərini isə 3,453 milyard manat və ya 22 faiz ötəcək.

2013-cü ildə xərclər 2012-ci illə müqayisədə 12,1 faiz, 2011-ci illə müqayisədə isə 28,7 faiz artacaq.

Ölkənin ÜDM-də gəlirlərin payı 2012-ci ilin sonuna proqnozlaşdırılan məlumatlarla müqayisədə bir faiz, xərclər isə 0,9 faiz artacaq.

"Büdcə kəsiri 2012-ci il üçün proqnozlaşdırılan 634 milyon manata (ÜDM-in 1,2 faizi) qarşı 656 milyon manat (ÜDM-in 1,17 faizi) səviyyəsində proqnozlaşdırılıb", - nazir deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti