...

İraq Azərbaycan aviaşirkətlərini ölkədə nümayəndəlik açmağa dəvət edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Noyabr 2012 14:03 (UTC +04:00)
İraqın Bakıdakı səfirliyi Azərbaycan aviaşirkətlərini ölkələr arasında birbaşa hava əlaqəsi həyata keçirmək üçün İraqda nümayəndəlik açmağa dəvət edir.
İraq Azərbaycan aviaşirkətlərini ölkədə nümayəndəlik açmağa dəvət edir

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir A.Tağıyeva/

İraqın Bakıdakı səfirliyi Azərbaycan aviaşirkətlərini ölkələr arasında birbaşa hava əlaqəsi həyata keçirmək üçün İraqda nümayəndəlik açmağa dəvət edir. Bu barədə çərşənbə günü Trend-ə İraqın Azərbaycandakı səfiri Heydər əl-Barrak deyib.

"İraq aviaşirkətləri ölkələr arasında birbaşa hava əlaqəsi yaratmaq üçün Azərbaycan aviaşirkətlərinin İraqda nümayəndəlik açmağının zəruriliyini bildiriblər. Şirkətin seçimi tender əsasında həyata keçiriləcək. Bu sahədə kifayət qədər təcrübəsi olan Azərbaycanın aviaşirkətləri tenderdə iştirak edə bilərlər", - səfir deyib.

Tenderdə iştirak etmək istəyən şirkətlər tenderin şərtlərini əldə etmək üçün İraqın Azərbaycandakı səfirliyinə müraciət etməlidirlər. Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Q.Şərq küçəsi, ev 5.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti