...

Azərbaycan cəlb edilən vəsaitlərin həcmini üstələyən xarici borcların qaytarılması prinsipinə keçəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Noyabr 2012 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir A.Axundov/

2013-cü ildə Azərbaycan ilk dəfə olaraq, yeni kreditləri cəlb etmək əvəzinə xarici borcun ödənilməsinə daha çox vəsait ayıracaq.

Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Hesablama Palatasının sədri Heydər Əsədov Milli Məclisdə 2013-cü il və növbəti 3 il üçün dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

"Dünya ölkələrinin 60 faizində xarici borclanmanın həcmi ÜDM-in yarısını üstələyir, Azərbaycanın xarici borcu isə çox aşağı səviyyədədir", - Əsədov bildirib.

Buna baxmayaraq, 2013-cü ildə xarici borclanma üzrə hədd ötən illə müqayisədə 1,3 milyard manat və ya 62,5 faiz azaldılaraq 750 milyon manata çatdırılıb.

"750 milyon manatın xarici borclanmanın maksimum səviyyəsi olduğunu nəzərə alsaq, biz gələn il borclanmanın az miqdarda olacağını gözləyirik. Təcrübə göstərir ki, maksimum həddin 50-70 faizindən istifadə edilir. Nəzər alsaq ki, ölkənin dövlət borcunun ödənilməsi üçün xərcləri 780 milyon manat həcmində nəzərdə tutulub, o zaman Azərbaycan tarixində ilk dəfə olaraq, cəlb edilən vəsaitlərin həcmini üstələyən borcların qaytarılması prinsipinə keçəcək. Yəni, gələn il Azərbaycanın xarici borcunun həcminin azalması davam edəcək", - Əsədov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti