...

Azərbaycanda əhalinin gəlirləri artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2012 20:43 (UTC +04:00)
2012-ci ilin on ayında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz artaraq 27,1 milyard manata çatıb, onun hər nəfərə düşən həcmi orta hesabla 2959,4 manat və ya ayda 295,9 manat təşkil edib.
Azərbaycanda əhalinin gəlirləri artıb

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

2012-ci ilin on ayında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz artaraq 27,1 milyard manata çatıb, onun hər nəfərə düşən həcmi orta hesabla 2959,4 manat və ya ayda 295,9 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 10,9 faiz bəndi üstələyərək 12,2 faiz olub.

Gəlirlərin 63,4 faizi son istehlaka, 8,4 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 26,5 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Əhalinin sərəncamında qalan gəlir 24,8 milyard manat təşkil edib və əvvəlki ildəkinə nisbətən 14 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti