...

310 kq-dan çox keyfiyyətsiz ərzaq məhsulları məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2012 18:48 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarında keçirdiyi növbəti monitorinqlər zamanı keyfiyyətsiz ərzaq məhsulları aşkar olunub.
310 kq-dan çox keyfiyyətsiz ərzaq məhsulları məhv edilib

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarında keçirdiyi növbəti monitorinqlər zamanı keyfiyyətsiz ərzaq məhsulları aşkar olunub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakının Binəqədi, Xətai, Nizami rayonlarında, Xırdalan, Şirvan şəhərlərində, eləcə də Goranboy, Abşeron, Beyləqan rayonlarında aparılan yoxlamalar zamanı saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi aşkarlanıb.

Ümumilikdə, monitorinqlər zamanı 310 kq-dan çox yararsız ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti