...

İsveçrə Milli Bankı və SECO Azərbaycan Mərkəzi Bankında növbəti missiyalarını başa vurdu

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Noyabr 2012 17:55 (UTC +04:00)
Noyabrın 12-14-də İsveçrə Milli Bankının (İMB) və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) nümayəndələrinin Azərbaycan Mərkəzi Bankına (AMB) növbəti missiyası çərçivəsində görüşlər keçirilib.
İsveçrə Milli Bankı və SECO Azərbaycan Mərkəzi Bankında növbəti missiyalarını başa vurdu

Azərbaycan, Bakı, 16 noyabr /Trend/

Noyabrın 12-14-də İsveçrə Milli Bankının (İMB) və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) nümayəndələrinin Azərbaycan Mərkəzi Bankına (AMB) növbəti missiyası çərçivəsində görüşlər keçirilib.

Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, missiyanın əsas məqsədi AMB-də həyata keçirilən "2011-2014-cü illər üzrə strateji plan"ın icrasına dair texniki yardım imkanlarının və bu istiqamətdə perspektiv əməkdaşlıq məsələlərinin müzakirəsindən ibarət olub.

Görüşlərdə AMB-nin aidiyyəti strukturlarının rəhbərləri ilə strateji planın icrası məsələləri, texniki yardımların effektivliyi sahəsində qarşıda duran vəzifələr müzakirə olunub.

Eyni zamanda, AMB-də tədqiqat və maliyyə savadlılığı portalının təsis edilməsi, modelləşdirmə və proqnozlaşdırma məqsədləri üçün xarici ekspertlərin cəlb edilməsi, insan resursları üzrə yeni idarəetmə modelinin işlənməsi və digər məsələlər barəsində görüşlər keçirilib.

Missiyanın sonunda strateji planın icrası çərçivəsində prioritet layihələrə texniki yardımların cəlb olunması məsələləri və bu istiqamətdə perspektiv əməkdaşlığın zəruriliyi qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti