...

Abid Şərifov: Azərbaycan Dünya Bankı ilə səmərəli əməkdaşlığın davam edəcəyinə əmindir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2012 21:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir A.Axundov/

Azərbaycan hökuməti Dünya Bankı (DB) ilə səmərəli əməkdaşlığın davam edəcəyinə əmindir. Trend-in məlumatına görə, bu barədə cümə günü Baş nazirin müavini Abid Şərifov Azərbaycanın DB-də 20 illik üzvlüyü münasibətilə keçirilən təbdirdə çıxışı zamanı deyib.

"DB son 20 ildə ümumi dəyəri 3,4 milyard dollar olan 56 birgə layihə çərçivəsində Azərbaycanın iqtisadi uğurlarında mühüm rol oynayıb. Bu dövrdə bank Azərbaycana 42 milyon manat dollar dəyərində qrant verib. Bu qrantlar layihələrin, texniki-iqtisadi əsaslandırmaların, kadrların və s. hazırlanmasına ayrılıb", - Şərifov qeyd edib.

Onun sözlərinə görə, bank kreditlərin təqribən 40 faizini Azərbaycana Beynəlxalq İnkişaf Assosiasiyasının xətti ilə, yəni çox güzəştli şərtlərlə ayırıb.

Azərbaycan Mərkəzi Bankının İdarə heyətinin sədri Elman Rüstəmovun sözlərinə görə, Azərbaycan və DB hazırda 20 aktiv layihəyə malikdirlər.

"Azərbaycan bankın Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda üçüncü borcalan ölkəsidir", - Rüstəmov qeyd edib.

Dünya Bankının Azərbaycan üzrə meneceri Larisa Leşenkonun sözlərinə görə, Azərbaycan 20 il ərzində heyrətləndirici iqtisadi uğurlar əldə edib, lakin ölkə qarşısında hələ də iqtisadiyyatın şaxələndirilməsi, neft gəlirlərindən istifadənin səmərəliliyinin artırılması üzrə vəzifələr dayanır və DB ölkəyə bu məsələlərin həll edilməsində kömək etməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti