...

Azərbaycanda kənd təsərrüfatı siyahıyaalınması aparılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2012 15:47 (UTC +04:00)
2015-ci ildə Azərbaycanda kənd təsərrüfatı siyahıyaalınmasının keçirilməsi planlaşdırılır.
Azərbaycanda kənd təsərrüfatı siyahıyaalınması aparılacaq

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir C.Nəsibova/

2015-ci ildə Azərbaycanda kənd təsərrüfatı siyahıyaalınmasının keçirilməsi planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə dünən Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilən "2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı"nda deyilir.

Siyahıyaalınmanın məqsədi aqrar sektorda aparılan siyasət çərçivəsində kənd təsərrüfatında baş verən proseslər haqqında məlumatın toplanması köməyilə məlumatın təmin edilməsinin yaxşılaşdırılmasıdır.

Aparılan siyahıyaalınma nəticəsində kənd təsərrüfatının dinamikası, strukturu, işçi qüvvəsi, material-texniki bazası və sektorun inkişaf tendensiyaları haqqında ətraflı məlumatın əldə edilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti