...

IFC "AccessBank" ilə kredit sazişi imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Dekabr 2012 14:54 (UTC +04:00)
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) "AccessBank" ilə 15 milyon dollar məbləğində kreditin verilməsinə dair saziş imzalayıb.
IFC "AccessBank" ilə kredit sazişi imzalayıb

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir C. Nəsibova/

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) "AccessBank" ilə 15 milyon dollar məbləğində kreditin verilməsinə dair saziş imzalayıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi IFC-nin Bakı nümayəndəliyinin yaydığı məlumatda deyilir.

"Kiçik biznesin inkişafı çox vaxt maliyyə mənbələrinə çıxışın çətinliyi ilə əlaqədar yubanır və xüsusən bu, ölkənin regionlarına və kiçik kənd təsərrüfatı müəssisələrinə aiddir. "AccessBank" kiçik biznesin maliyyələşdirilməsində bu boşluğun doldurulması və inklüziv maliyyə sisteminin qurulması üçün yaradılıb. Və IFC tərəfindən kreditin verilməsi bu istiqamətdə banka irəliləməyə kömək edəcək", - "AccessBank"ın baş direktoru Mixael Hoffman bildirib.

Mövcud kredit iş yerlərinin yaradılması və iqtisadi inkişafın təşviqi məqsədilə orta və kiçik biznesin maliyyələşdirilməsinə ayrılan kreditlərin həcminin bank tərəfindən artırılmasına yönəldilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti