...

Azərbaycanda dəniz nəqliyyatı ilə sərnişin və yükdaşıma ayrı-ayrı lisenziyalaşdırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2012 13:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 dekabr/Trend, müxbir E. İsmayılov/

Azərbaycanda dəniz nəqliyyatı ilə sərnişin və yükdaşımaların həyata keçirilməsi üçün ayrı-ayrı lisenziyaların alınması zəruri olacaq.

Trend-in məlumatına görə, Azərbaycan Prezidentinin "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" 2002-ci il 2 sentyabr tarixli fərmanında dəyişikliklər edilməsi barədə fərmanına uyğun olaraq dövtlət rüsumuna yuxarıda qeyd edilən fəaliyyət növlərinə görə aşağdıkı dəyişikliklər edilib:

13

Ticarət gəmiçiliyi sahəsində

13.1

Dəniz nəqliyyatı ilə yükdaşımalar

Dövlət Dəniz Administrasiyası

5500 manat

13.2

Dəniz nəqliyyatı ilə sərnişindaşımaları

5500 manat

Dəyişikliklər bu gündən, rəsmi mətbuatda dərc edilməsindən etibarən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti