...

"Unibank"da yüksək faizli əmanət qəbulu davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2013 17:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

"Unibank" manatla yerləşdirilən əmanətlərin yüksək faiz dərəcəsi ilə qəbulunu davam etdirir. Bankda 36 ay müddətinə, yüksək faizlə depozit yerləşdirmək çox asan oldu. Bu barədə cümə axşamı Trend-ə bankdan məlumat verilib.

Yeni faiz dərəcələrinə görə, 12 aylıq müddətə qoyulan əmanətlər üçün faiz dərəcəsi, faizlərin ayda bir dəfə götürüləcəyi halda illik 12%, faizlərin rübdə, yarım ildə bir dəfə alınması zamanı isə müvafiq olaraq illik 12,1 və 12,2 faiz hesablanır. Bir illik əmanətlərin faizləri depozit müddətinin sonunda götürülərsə, bu əmanətə görə illik 12,5% hesablanır.

18 aylıq əmanətlər üzrə faizlərin ayda bir dəfə, rübdə və yarım ildə bir dəfə alınmasına görə, uyğun olaraq illik 12,5%, 12,6% və 12,7% hesablanır. Bu müddətlik əmanətlərin faizlərinin depozit müddətinin sonunda alınması isə müştəriyə 13%-lik gəlir qazandırır.

24 ay müddətinə qoyulan depozitlərə illik 12,8% artım hesablanır. Faizlərin yarım ildə bir dəfə götürüləcəyi halda hesablanan faizlər 13%, ildə bir dəfə götürüləcəyi vəziyyətdə isə 13,2%-dir. 2 illik müddətli əmanətlərin faizi depozit müddətinin sonunda götürülərsə, bu zaman əmanətçinin vəsaitinə illik 13,5% hesablanır.

"Unibank" yeni məhsulu olan 36 aylıq əmanətlər üzrə yüksək faizlər təklif edir. Faizlər ildə bir dəfə alınarsa, depozit üçün illik 13,8 faiz hesablanır. Faizlərin depozit müddətinin sonuna - 36 aydan sonra götürüləcəyi halda isə, depozitə görə hesablanan faizlər maksimal həddə - illik 15,7%-lə ödənilir.

Qeyd edək ki, müddətli əmanətlərdə minimal məbləğ 500 AZN-dir (USD, EUR). 36 aylıq cəlb edilən əmanətlər yalnız manatla qəbul edilir. Unibank-dan əmanətçilərə plastik kart hədiyyəsi də var.

Yeni əmanət faizləri haqqında daha ətraflı məlumatı (012) 117 nömrəli telefonla, bankın saytından ((http://www.unibank.az/az/private-clients/deposits/urgent) və yaxud bankın "facebook" səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti