...

Ötən ay ərzaq məhsullarının qiymətləri artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2013 17:48 (UTC +04:00)
2013-cü ilin yanvar ayında Azərbaycanda ərzaq məhsullarının qiymətlərinin 0,6 faiz, qeyri-ərzaq mallarının 0,1 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin əvvəlki ayla müqayisədə 3,0 faiz bahalaşması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 1,2 faiz bahalaşmasına səbəb olub.
Ötən ay ərzaq məhsullarının qiymətləri artıb

Azərbaycan, Bakı, 4 fevral /Trend/

2013-cü ilin yanvar ayında Azərbaycanda ərzaq məhsullarının qiymətlərinin 0,6 faiz, qeyri-ərzaq mallarının 0,1 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin əvvəlki ayla müqayisədə 3,0 faiz bahalaşması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 1,2 faiz bahalaşmasına səbəb olub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, aAy ərzində ərzaq məhsullarından çörəyin, makaron məmulatlarının, təzə balığın, zeytun yağının, xamanın, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, göyərtinin, şabalıdın, xiyar və pomidorun, bibərin, badımcanın, sarımsağın, kartofun, kələmin qiyməti bahalaşıb.

Bahalaşma ilə yanaşı, yanvar ayında düyünün, qarabaşaq yarmasının, toyuq ətinin, hind toyuğunun, kərə yağının, şəkər və şəkər tozunun, portağalın, bananın, çuğundurun, kökün, göbələyin qiymətlərində ucuzlaşma da müşahidə olunub.

Yanvar ayında qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarından sulu boyanın, parket və laminat parketin, mebellərdən mətbəxt üçün mebel dəstinin, mətbəx üçün stolun, təzyiq ölçmək üçün aparatın, zərgərlik məmulatlarının qiymətləri bahalaşmış, elektrik lampaların, mikserin, videokameranın, minik avtomobilinin, velosipedin, oyuncaqların qiymətləri isə ucuzlaşıb.

Ötən ay əhaliyə göstərilən pullu xidmətlərindən beynəlxalq reyslər üzrə hava sərnişindaşıma nəqliyyatı və notarial xidmətləri tariflərində bahalaşma müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti