...

Azərbaycanda ipoteka kreditləşməsinin həcmi 0,5 milyard dolları ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2013 12:40 (UTC +04:00)
Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 2013-cü ilin yanvarında 1,7 milyon manat məbləğində kredit verilib ki, bu ipoteka kreditləşməsinə yönəlmiş vəsaitlərdən 17,9 faiz azadır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı AİF-in statistik hesabatında deyilir.
Azərbaycanda ipoteka kreditləşməsinin həcmi 0,5 milyard dolları ötüb

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir İ.Xəlilova /

Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 2013-cü ilin yanvarında 1,7 milyon manat məbləğində kredit verilib ki, bu ipoteka kreditləşməsinə yönəlmiş vəsaitlərdən 17,9 faiz azadır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı AİF-in statistik hesabatında deyilir.

2012-ci ildə bankların əvvəllər ayırdığı kreditlərin yenidən maliyyələşməsinin ümumi həcmi 91,15 milyon manat təşkil edib. İl ərzində AİF 36 milyon manat həcmində istiqrazlar yerləşdirib.

AİF-in xətti ilə maliyyələşdirməyə başlanandan - 2006-cı ildən 2012-ci ilə qədər - 421,89 milyon manatdan çox (2012-ci ildə 74,77 milyon manat, 2011-ci ildə 95,64 milyon manat, 2010-cu ildə 97,08 milyon manat, 2009-cu ildə 76,9 milyon manat, 2007-ci ildə 70,2 milyon manat, 2006-cı ildə 5,6 milyon manat) ipoteka krediti ayrılıb.

2013-cü ilin yanvarında banklar tərəfindən əvvəl verilmiş kreditlərin təkrar maliyyələşdirilməsinin ümumi həcmi 2,68 milyon manat (2012-ci ilin analoji dövrünün gösətəricisindən 42,86 faiz az) təşkil edib. İlin birinci ayında AİF ötən ilin yanvarındakı 23 milyon manata qarşı səkkiz milyon manat həcmində istiqraz yerləşdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti