...

Dünya Bankı Azərbaycana vergi imtiyazları üzrə strategiya hazırlamağı tövsiyə edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2013 14:25 (UTC +04:00)
Dünya Bankı (DB) Azərbaycana vergi güzəştləri və imtiyazları, eləcə də vergilərdən azad olunma üzrə strategiya hazırlamağı tövsiyə edir.
Dünya Bankı Azərbaycana vergi imtiyazları üzrə strategiya hazırlamağı tövsiyə edir

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir A.Axundov/

Dünya Bankı (DB) Azərbaycana vergi güzəştləri və imtiyazları, eləcə də vergilərdən azad olunma üzrə strategiya hazırlamağı tövsiyə edir. Trend-in məlumatına görə, bu barədə DB-nin ölkə üzrə meneceri Larisa Leşenko cümə günü Bakıda keçirilən "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda forumda çıxışı zamanı bildirib.

"Hansısa mərhələdə vergi güzəştləri və onlardan azad edilmə lazımdır, lakin onlar həmişəlik verilə bilməz. Zamanla onlardan ayrılmaq lazımdır", - Leşenko deyib.

Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin sözlərinə görə, bu gün ölkənin iqtisadi siyasətinin tərkib hissələrindən biri belə güzəştlərin verilməsidir, lakin zaman keçdikcə onların əhatəsi daralacaq.

"Bu gün biz azad iqtisadi zonalar, texnoparklar yaradırıq. Məsələn, kənd təsərrüfatı praktiki olaraq bütün vergilərdən azad edilib. Lakin zaman keçdikcə, aqrar sənaye kompleksi möhkəmləndikcə, biz bu azadolmaları aradan qaldıracağıq. Amma bu gün həmin güzəştlər lazımdır", - Səmədzadə bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti