...

Azərbaycanın strateji valyuta ehtiyatları 14 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2013 14:15 (UTC +04:00)
2012-ci il ərzində Azərbaycanın strateji valyuta ehtiyatları 14 faiz artaraq (5,5 milyard dollar) 46 milyard dolları ötüb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) ötən ilin yekunları üzrə pul siyasəti icmalında deyilir.
Azərbaycanın strateji valyuta ehtiyatları 14 faiz artıb

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir İ.Xəlilova/

2012-ci il ərzində Azərbaycanın strateji valyuta ehtiyatları 14 faiz artaraq (5,5 milyard dollar) 46 milyard dolları ötüb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) ötən ilin yekunları üzrə pul siyasəti icmalında deyilir.

"Strateji valyuta ehtiyatlarının belə həcmi mal və xidmətlərin təxminən üç illik idxalının maliyyələşdirilməsinə imkan verir. Müqayisə üçün: yalnız orta gəlirli ölkələrin 20 faizində kafiliyin səviyyəsi 11 ayı ötür", - icmalda deyilir.

Bununla yanaşı, ölkənin strateji valyuta ehtiyatları dövlət borclarını səkkiz dəfə üstələyir.

Mərkəzi Bankın sərəncamında olan valyuta ehtiyatlarının həcmi ötən il ərzində 11,7 faiz artaraq 11,7 milyard dollar təşkil edib. Bu birillik mal və xidmətlərin maliyyələşdirilməsi üçün yetərlidir.

Hazırda strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 2011-ci ildəki 64, 2010-cu ildəki 58, 2009-cu ildəki 47 faizə və 2008-ci ildəki 37 faizə qarşı 70 faizə yaxınlaşıb.

"Bu göstərici üzrə Azərbaycan ilk dəfə dünyanın 15 ölkəsi sırasına daxil olur. Valyuta ehtiyatlarının yüksək artım templəri güclü makroiqtisadi buferin formalaşdırılması və ölkə iqtisadiyyatının xaricdən böhran hallarına qarşı həssaslığını azaltmaq üçün əsas amil olub.

Eyni zamanda, icmalda deyilir ki, ehtiyatların artması ölkənin təmiz investisiya mövqeyinin əlverişli səviyyədə qalmasına səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti