...

500 kq-dan çox yararsız ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2013 17:36 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən istehlak bazarında keçirilən növbəti monitorinqlər zamanı yararsız ərzaq malları satışdan çıxarılaraq məhv edilib.
500 kq-dan çox yararsız ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 21 fevral /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən istehlak bazarında keçirilən növbəti monitorinqlər zamanı yararsız ərzaq malları satışdan çıxarılaraq məhv edilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakının Nərimanov, Yasamal, Binəqədi, rayonlarında, Sumqayıt, Xudat, Qazax, Masallı, Şəmkir şəhərlərində, eləcə də Abşeron, Bərdə, Zərdab rayonlarında aparılan yolxlamalar zamanı saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanıb.

Ümumilikdə, monitorinqlər zamanı 500 kq-dan çox saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti