...

Azərbaycan bankı kapitalını 80 faizə qədər artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2013 14:53 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Dekabank" ASC-nin adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
Azərbaycan bankı kapitalını 80 faizə qədər artırır

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir A.Axundov/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Dekabank" ASC-nin adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Bu barədə Trend çərşənbə axşamı QKDK-nın rəsmi saytına istinadən məlumat verir.

Emissiya prospektinə hər birinin nominal dəyəri 500 manat olan 47970 ədəd səhm daxildir.
Emissiyanın yerləşdirilməsi 279,7 manat nominalla 47970 səhmin 500 manatlıq nominalla eyni həcmdə səhmə çevrilməsi yolu aparılacaq.

Yeni emissiyanın yerləşdirilməsindən sonra bankın nizamnamə kapitalı 13,417 milyon manatdan 23985 milyon manata qədər artacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti