...

2035-ci ilədək Abşeronda 80-dən çox su anbarı tikiləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2013 18:28 (UTC +04:00)
2035-ci ilədək Abşeron yarımadasında tutumu 1,345 milyon kubmetr olan 80-dən çox su anbarının tikintisi planlaşdırılır.
2035-ci ilədək Abşeronda 80-dən çox su anbarı tikiləcək

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir A.Axundov/

2035-ci ilədək Abşeron yarımadasında tutumu 1,345 milyon kubmetr olan 80-dən çox su anbarının tikintisi planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə cümə günü "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov Bakıda keçirilən I Xəzər Beynəlxalq su texnologiyaları forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, su anbarlarının tikintisi "Böyük Bakı"nın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə Master Planda nəzərdə tutulub.

Bundan başqa, Master Plan 5779 kilometr uzunluğunda su şəbəkəsi, 682 kanalizasiya kollektoru, 6395 kilometr uzunluğunda tunel tipli kanalizasiya kollektoru, həmçinin ümumi məhsuldarlığı sutkada 1,375 milyon kubmetr olan 11 çirkab sutəmizləyici qurğunun tikintisini nəzərdə tutur.

Həmçinin, yağış sularının toplanması üçün 970 kilometr uzunluğunda xətlərin, 900 yağış kollektorunun, 12 tunel tipli yağış kollektorunun çəkilməsi planlaşdırılır.

"Bundan başqa, hazırda içməli və çirkab suların tərkibinin daha dəqiq tədqiqi məqsədilə yeni Mərkəzi Laboratoriya binası tikilir. Burada quraşdırılacaq ən müasir cihazların köməyi ilə Avropa İttifaqı ölkələrinin və Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun analizlər aparılacaq. Yeni laboratoriyanın beynəlxalq akkreditasiyaya təqdim edilməsini də planlaşdırırıq", - Hüseynov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti