...

Gəncədə fiziki qüsurlu gənclər üçün treninq keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2013 19:06 (UTC +04:00)
Bu gün Gəncə şəhərində İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə “Öz biznes ideyanı yarat, öz biznesinə başla və təkmilləşdir” və “İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında fiziki qüsurlu gənclər üçün treninq keçirilib.
Gəncədə fiziki qüsurlu gənclər üçün treninq keçirilib

Azərbaycan, Bakı, 12 aprel /Trend/

Bu gün Gəncə şəhərində İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə "Öz biznes ideyanı yarat, öz biznesinə başla və təkmilləşdir" və "İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında fiziki qüsurlu gənclər üçün treninq keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin, Azərbaycan Əlil Qadınlar Cəmiyyəti Gəncə şəhər şöbəsinin, Gəncə Şəhər Məşğulluq İdarəsinin əməkdaşlarının və 20-dən çox fiziki qüsurlu gəncin iştirak etdiyi treninqdə biznes ideyanın yaradılması, biznes planların tərtib edilməsi, SWOT təhlilin aparılması, maliyyə planlarının hazırlanması, strateji planlaşdırmanın aparılması və bu sahədə beynəlxalq təcrübə və s. barədə ətraflı məlumatlar verilib.

Tədbirdə iştirakçılar, həmçinin İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar və s. barədə məlumatlandırılıb.

Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti