...

AXA MBASK icbari sığorta polisi üzrə iri ödəniş həyata keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2013 17:50 (UTC +04:00)
AXA MBASK sığorta şirkəti nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair qarşı tərəfin ölümü ilə nəticələnən sığorta iddiası üzrə sığorta ödənişi həyata keçirib.
AXA MBASK icbari sığorta polisi üzrə iri ödəniş həyata keçirib

Azərbaycan, Bakı, 13 may /Trend/

AXA MBASK sığorta şirkəti nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair qarşı tərəfin ölümü ilə nəticələnən sığorta iddiası üzrə sığorta ödənişi həyata keçirib.

Şirkətdən Trend-ə verilən məlumata görə, sözügedən sığorta növünə aid ödəniş Şəki-Qax yolunda baş vermiş yol qəzası ilə bağlı olub. Qəza nəticəsində dörd nəfər həlak olub. AXA MBASK tərəfindən 20 000 manat məbləğində sığorta ödənişi zərər çəkmiş tərəflərin qohumlarına verilib.

Qeyd etmək lazımdir ki, şirkət ilin əvvəlindən nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağli artıq 500 min manatdan artıq sığorta ödənişi edib. İcbari sığorta növləri şirkətin 5 regional ofisində və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən 70-dən artıq agentlikdə həyata keçirilir. Sığorta vəsiqələri isə İcbari Sığorta Bürosunun vahid məlumat sisteminə qoşulmaq şərtilə onlayn rejimində buraxılır.

İcbari sığortanın qaydaları və tarifləri barədə əlavə məlumatı www.icbari.az saytından əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti