...

Mərkəzi Bank: Azərbaycanda iqtisadi artımın davam edəcəyi gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2013 20:21 (UTC +04:00)
Azərbaycan hökuməti, Mərkəzi Bank, habelə beynəlxalq təşkilatların proqnozlarına görə, yaxın perspektivdə ölkədə iqtisadi artımın davam edəcəyi gözlənilir.
Mərkəzi Bank: Azərbaycanda iqtisadi artımın davam edəcəyi gözlənilir

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir E.Əliyev/

Azərbaycan hökuməti, Mərkəzi Bank, habelə beynəlxalq təşkilatların proqnozlarına görə, yaxın perspektivdə ölkədə iqtisadi artımın davam edəcəyi gözlənilir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycan Mərkəzi Bankının (AMB) 2013-cü ilin yanvar-mart ayları üzrə pul siyasəti icmalında deyilir.

AMB tərəfindən aparılan Real Sektorun Monitorinqinin (RSM) nəticələrinə görə, ilin 3 ayında Biznes İnam İndeksi3 (Bİİ) yaxşılaşıb. Buna səbəb sənayedə istehsalın, ticarətdə isə satışın artmasıdır. Eyni zamanda, monitorinq iqtisadi aktivlik üzrə gözləntilərin optimist olduğunu göstərir.

Belə ki, RSM-in nəticələrinə əsasən, ilin əvvəlindən xidmətə tələb və ticarət üzrə satış gösləntisi indeksi artıma meyillidir. Pozitiv gözləntilər, eyni zamanda, sənayenin qida, tikinti materiallarının istehsalı və toxuculuq alt seksiyalarında, ticarətin isə mebel, elekrtik məişət avadanlıqları seqmentlərində müşahidə edilib.

Gözləntilərin belə pozitiv olması sənayedə realizə olunmamış izafi mal ehtiyatının azalmasında da özünü biruzə verib. Ümumilikdə, AMB tərəfindən aparılan RSM nəticələri son aylar istehsalı artan, dövriyyəsi çoxalan müəssisələrin sayının yüksəldiyini və bu artımın dayanıqlı olduğunu göstərir.

Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı açıqladıqları son iqtisadi xülasələrində Azərbaycan üzrə iqtisadi artımın 2013-cü ildə müvafiq olaraq 4,1 faiz və 3,1 faiz təşkil edəcəyini proqnozlaşdırırlar.

İcmalda deyilir ki, AMB tərəfindən müntəzəm aparılan real sektorun monitorinqinin nəticələrinə əsasən, iqtisadiyyatda qiymət gözləntilərində əhəmiyyətli artımlar yoxdur. 2013-cü ilin birinci rübündə sənaye, tikinti və xidmət sektorunda neytral qiymət gözləntisi müşahidə olunub. Ticarət sektoru üzrə fəaliyyət göstərən müəssisələr isə növbəti 3 ay ərzində qiymətlərin azalacağını gözləyirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti