Azərbaycan, Bakı, 29 may /Trend/
Ötən ilin yekunları üzrə Ermənistanın xarici borcu 1 trilyon 508 milyard dram və ya 3 milyard 738 milyon dollar təşkil edib. Trend Ermənistan KİV-ə istinadən məlumat verir ki, bu barədə ölkənin Baş naziri Tiqran Sarkisyan 2012-ci il büdcəsinin icrası haqqında hesabatın müzakirəsi zamanı bildirib.
2011-ci illə müqayisədə 2012-ci ildə xarici borc artıb. 2011-ci ildə bu rəqəm 1 trilyon 367 milyard dram təşkil edib.
Baş nazir deyib ki, 534 milyon Mərkəzi Bankın kredit öhdəlikləridir.