...

Maliyyə Nazirliyi Naxçıvanda “Beynəlxalq mühasibat uçotunun əsasları” mövzusunda təlimlərə start verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyun 2013 15:06 (UTC +04:00)
Azərbaycan Respublikası Maliyyə Nazirliyi dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşən, eləcə də büdcə və maliyyə yardımı alan təşkilatların mühasibatlıq işçiləri üçün “Beynəlxalq mühasibat uçotunun əsasları” mövzusunda təlimlərə start vermişdir.
Maliyyə Nazirliyi Naxçıvanda “Beynəlxalq mühasibat uçotunun əsasları” mövzusunda təlimlərə start verib

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Azərbaycan Respublikası Maliyyə Nazirliyi dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşən, eləcə də büdcə və maliyyə yardımı alan təşkilatların mühasibatlıq işçiləri üçün "Beynəlxalq mühasibat uçotunun əsasları" mövzusunda təlimlərə start vermişdir. Bu barədə bazar ertəsi Trend-ə nazirlikdən daxil olan məlumatda deyilir.

Azərbaycan Respublikası Maliyyə Nazirliyi Korporativ və Büdcə Sektorunda Hesabatlılıq Layihəsi (CAPSAP) çərçivəsində, 2013-cü il 03-14 iyun tarixlərində Naxçıvan Muxtar Respublikasında keçirilən təlimlərin məqsədi yerli mühasibatlıq işçilərinə yeni maliyyə hesabatlarının hazırlanması üzrə əsaslı və zəruri biliklərin aşılanması, eləcə də onlara praktiki köməklik göstərilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti