...

Azərbaycanın ən iri bankı 36-cı filialını açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyun 2013 16:11 (UTC +04:00)
Şənbə günü Bakıda Azərbaycan Beynəlxalq Bankının (ABB) Tolstoy küçəsi, 191 (Nəsiminin abidəsi yanında) ünvanda Səbail filialının açılışı olub.
Azərbaycanın ən iri bankı 36-cı filialını açıb

Azərbaycan, Bakı, 15 iyun / Trend, müxbir E.Əliyev /

Şənbə günü Bakıda Azərbaycan Beynəlxalq Bankının (ABB) Tolstoy küçəsi, 191 (Nəsiminin abidəsi yanında) ünvanda Səbail filialının açılışı olub. Bununla da ABB-nin filiallarının ümumi sayı 36-ya çatıb ki, onlardan 15-i paytaxtda fəaliyyət göstərir.
Bankın bütün filialları kimi, "Səbail filialı" da fərdi və korporativ müştərilər üçün məhsul və xidmətlərin geniş çeşidini təklif edir.

Açılış mərasimində iştirak edən ABB İdarə Heyəti sədrinin birinci müavini Emil Mustafayev toplaşanları Milli Qurtuluş Günü münasibətilə təbbrik edib və Azərbaycanda yaşayış şəraitinin ildən-ilə yaxşılaşdığını qeyd edib:

"Bu öz əksini bank sektorunun inkişafında da tapır. İndiki dövrlə XX əsrin 90-cı illərini müqayisə etsək, biz tamamilə başqa, inkişaf etmiş bank sistemini, məhsulların geniş çeşidini görərik. Azərbaycan bankları, o cümlədən ABB xaricdə investisiyalara başlayıb. Artıq 10 ildən çoxdur ki, ABB-nin Rusiya və Gürcüstanda törəmə bankları fəaliyyət göstərir. Onlar həmin ölkələrlə əməkdaşlığın inkişafına, eləcə də Azərbaycanın iqtisadi maraqlarına xidmət edirlər".

Onun sözlərinə görə, habelə bank ölkənin regionlarında da aktiv çalışır.

Azərbaycan Beynəlxalq Bankı 1992-ci ilin yanvarında yaradılıb və ölkənin ən iri bankıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti