...

"Unibank" Azərbaycanın poçt operatoru ilə saziş bağlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2013 16:33 (UTC +04:00)
Artıq "Unibank" müştəriləri öz kreditlərini Azərbaycanın istənilən bölgəsində ödəyə biləcəklər. Bunun üçün bankın filialına gəlməyə ehtiyac yoxdur.
"Unibank" Azərbaycanın poçt operatoru ilə saziş bağlayıb

Azərbaycan, Bakı, 18 iyun /Trend/

Artıq "Unibank" müştəriləri öz kreditlərini Azərbaycanın istənilən bölgəsində ödəyə biləcəklər. Bunun üçün bankın filialına gəlməyə ehtiyac yoxdur.

Bankdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, "Unibank" KB ASC ilə "Azərpoçt" MMC arasında əldə olunan razılaşmaya əsasən, "Unibank"ın müştəriləri mərkəzi poçtun bütün paytaxt və bölgə şöbələrində kreditlərini ödəyə biləcəklər. Poçt şöbələrində ödəniş üçün 1% komissiya tutulur.

"Unibank" müştəriləri üçün kredit ödənişini və sifarişini daha da asanlaşdırıb. Artıq filiallara gəlmədən, "MilliÖn" ödəniş terminallarında da kredit sifarişi və kredit ödənişləri etmək mümkündür.

Bank öz müştərilərinə bank filiallarına gəlmədən, kredit ödənişlərini onlayn, mobil əlavələrin köməyi ilə, eləcə də bankomatlar və "cash-in" aparatlarının köməyi ilə həyata keçirmək imkanı yaradıb. "Unibank" müştəriləri elə evlərindən və ya iş yerlərindən http://www.unibank.az/ saytına daxil olmaqla, onlayn kredit ödənişi və sifarişi sistemindən istifadə edərək kredit sifariş edə və ya ödəyə bilirlər. Ölkə bankları içərisində "Unibank" ilk dəfə olaraq ATM-lərində avtomatik kredit ödənişi xidmətini tətbiq edib. İstənilən bankın plastik kartına sahib olan müştəri kartını Unibank-ın ATM-də qeydiyyata daxil edərək, Unibank-da olan kredit ödənişlərini həyata keçirə bilir. Bu imkan kredit sifarişi üçün də yaradılıb. "InfoUnibank" mobil əlavəsinə malik "iPhone" və "Android" platformasında olan smartfon və planşet sahibləri də kredit ödənişini həyata keçirə bilərlər. Unibank-ın "Cash-in" aparatlarının köməyi ilə hər kəs növbəsiz, vaxt itkisi olmadan öz kreditlərini ödəyə bilər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, "Unibank"ın saytından (http://www.unibank.az) və yaxud bankın "facebook" səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti