...

İsmət Abasov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Konftansının 38-ci sessiyasında iştirak edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyun 2013 10:31 (UTC +04:00)
Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Konftansının 38-ci Sessiyasında iştirak etmək məqsədilə İtaliyanın Roma şəhərində səfərdədir.
İsmət Abasov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Konftansının 38-ci sessiyasında iştirak edir

Azərbaycan, Bakı, 19 iyun /Trend/

Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Konftansının 38-ci Sessiyasında iştirak etmək məqsədilə İtaliyanın Roma şəhərində səfərdədir. Bu barədə çərşənbə günü nazirlikdən daxil olan məlumatda deyilir.

18 iyun 2013-cü il tarixdə nazir İsmət Abasov FAO Sessiyası çərçivəsində regional konfranslarının sədrləri üçün təşkil olunmuş paralel tədbirdə iştirak etmişdir. Nazir İsmət Abasov 2012-ci ilin 17-20 aprel tarixlərində Bakı şəhərində keçirilmiş FAO-nun 28-ci Avropa Regional Konfransının sədri qismində çıxış edərək Bakı Konfransında təsdiq olunmuş altı regional prioritetin FAO-nun 2014-2017-ci illər üzrə Ortamüddətli Planının əsasını təşkil etdiyini, həm ölkə, həm də regional səviyyələrdə strateji planların hazırlanmasında həmin altı regional prioritetə əsaslanmanın vacib olduğunu qeyd edib.

Daha sonra nazir FAO Konfransı Sessiyasının plenar iclasında çıxış edib. Cıxışda Azərbaycanın da daxil olduğu FAO-nun Avropa və Mərkəzi Asiya blokunun ən inkişaf etmiş və ən yoxsul ölkələrdən ibarət olmaqla mürəkkəb regionu əhatə etməsi, bu səbəbdən bu regiona fərdi və hər bir ölkə üzrə səciyyəvi yanaşmanın tətbiq edilməsinin vacibliyi qeyd edilib. Eyni zamanda, regionun bir sıra ölkələrində əhalinin əksər hissəsinin kənd ərazilərində yaşamasına və gəirlərinin əsasən bu sahədən əldə etmələrinə baxmayaraq, iqtisadiyyatın digər sahələri ilə müqayisədə kənd təsərrüfatı sahəsində gəlirlərin aşağı səviyyədə olması qeyd edilmişdir. Çıxışda FAO-nun əsas diqqəti regionda dövlət tərəfindən göstərilən xidmətlərin təkmilləşdirilməsi vasitəsilə gəlirıərin artırılmasına yönəldilməsi tövsiyə olunub.

Həmin gün nazir İsmət Abasov FAO-nun Avropa və Mərkəzi Asiya Regional Nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri cənab Toni Alonzo ilə görüşərək, onu yeni təyinat münasibətilə təbrik etmişdir. Nazir İsmət Abasov cənab Toni Alonzonun fəaliyyəti dövründə Azərbaycanla Regional Nümayəndəlik arasında əməkdaşlığın daha da genişlənəcəyinə ümidvar olduğunu bildirmiş, qarşı tərəf isə bu məqsəd üçün səylərini əsirgəməyəcəyini qeyd edib.

Tədbirlərdə Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri, Roma şəhərində yerləşən beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndə Vaqif Sadıqov da iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti