...

"Bank of Baku" "Samsung" məhsullarını 12 ayadək əlavə xərcsiz və ilkin ödənişsiz təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2013 15:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyul /Trend/

Azərbaycanın ən populyar kredit kartı olan "Bolkart" sahibləri "IntegralPlus" şəbəkəsinə aid olan "Samsung Store" brend mağazasında iyul ayının sonunadək güzəştli alış-veriş edə bilərlər. Bu barədə bankdan Trend-ə daxil olan məlumatda bildirilir.

"Samsung" şirkətinin ən yeni mallarının satıldığı "Samsung Store" paytaxtın 28 May küçəsi, 42 ünvanında yerləşir. "Bolkart" sahibləri burada son model mobil telefonlar, o cümlədən "Samsung Galaxy S4", audio və video texnika, planşet kompüterlər, müxtəlif aksesuarlar və digər mallar ala bilərlər. Kampaniya ərzində "Bolkart"la alınan məhsulun dəyərini əlavə xərcsiz 12 ay ərzində ödəmək mümkündür.

Xatırladaq ki, "Bolkart" kredit kartı alınan malın dəyərini 1, 3, 6 və 12 aya bölüb hissə-hissə ödəməyə imkan verir. "Bolkart"ı artıq 110 mindən çox şəxs əldə edib və bu rəqəm dinamik şəkildə artır. Bu gün "Bolkart"la ölkəmizin 1000-dən çox dükan və ticarət mərkəzində alış-veriş etmək mümkündür. Eyni zamanda, "MasterCard" loqolu "Bolkart"dan xarici ölkələrdəki "MasterCard" loqosu olan ticarət mərkəzlərində, həmçinin qlobal miqyasda internetdə alış-veriş üçün istifadə etmək olar.

"Bolkart"ı sifariş etmək üçün "Bank of Baku"nun istənilən filialına baş çəkmək və ya onlayn sifariş vermək yetərlidir: www.bolkart.az

Bolkart barədə istənilən sualı www.facebook.com/bolkart saytında vermək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti