...

"Bank of Baku" Bolkart kredit kartından nağd pul çıxarmaq kampaniyasına başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2013 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyul /Trend/

Ramazan ayında insanların nağd pula ehtiyaclarını qarşılamaq məqsədilə "Bank of Baku" Bolkart istifadəçiləri üçün nağdlaşdırma kampaniyasına start verir.

Bankdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, 9-11 iyul 2013-cü il tarixləri arasında kartdan pul çıxaran Bolkart sahibləri, sentyabrın 10-dək faizsiz ödəniş imkanı qazanır. Kart sahibləri balanslarındakı bütün məbləği nağdlaşdıra bilərlər. Nağdlaşdırmanın komissiya haqqı 3%-dir.

Hazırda 120. 000-nə yaxın Azərbaycan vətəndaşı Bolkart-dan istifadə edir və bu kredit kartı ilə Azərbaycanın 1000-dən çox dükan və ticarət mərkəzində alış-veriş etmək mümkündür. Yeni verilməyə başlanılan MasterCard loqolu Bolkart-dan isə xarici ölkələrdəki MasterCard loqosu olan ticarət mərkəzlərində, həmçinin internetdə alış-veriş üçün istifadə etmək olar.

Bolkart barədə ətraflı: www.facebook.com/bolkart

Məqalədə:
Xəbər lenti

Xəbər lenti