...

Kənd və qəsəbələrdə əhalinin içməli su təchizatı yaxşılaşdırılır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2013 17:22 (UTC +04:00)
2013-cü ilin yanvar-iyun ayları ərzində Gədəbəy rayonunun Pərizamanlı, Salyanın Xıdırlı, Goranboyun Tap-Qaraqoyunlu, İsmayıllının Kürd Eldarbəyli, Balakənin Sarıbulaq, Qobustanın Cəmcəmli, Göydərə, Ərəbqədim və digər kəndlərində su təchizatının yaxşılaşdırılması işlərinə başlanıb.
Kənd və qəsəbələrdə əhalinin içməli su təchizatı yaxşılaşdırılır (FOTO)

Azərbaycan, Bakı, 18 iyul /Trend/

2013-cü ilin yanvar-iyun ayları ərzində Gədəbəy rayonunun Pərizamanlı, Salyanın Xıdırlı, Goranboyun Tap-Qaraqoyunlu, İsmayıllının Kürd Eldarbəyli, Balakənin Sarıbulaq, Qobustanın Cəmcəmli, Göydərə, Ərəbqədim və digər kəndlərində su təchizatının yaxşılaşdırılması işlərinə başlanıb.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə "Birləşmiş Sukanal" MMC-nin sifarişi əsasında 66,6 km uzunluğunda magistral və paylayıcı su xətləri çəkilib, 59 siyirtmə, 33 nasos, 2 elektrik mühərriki quraşdırılıb. Bununla paralel olaraq, su mənbələrində, kanalizasiya şəbəkələrində, baş qurğularda yenidənqurma işləri aparılıb.

Cari ilin ötən dövrü ərzində suyun istehsal texnologiyasına riayət olunması laboratoriya analizlərinin vaxtlı-vaxtında aparılması və qarşıya çıxan qüsurların aradan qaldırılması məqsədi ilə müvafiq tədbirlər görülüb.

"Birləşmiş Sukanal" MMC hazırda respublikanın 46 şəhər və rayon mərkəzində, eyni zamanda, 80 qəsəbə və 271 kənd yaşayış məntəqəsində 244 minədək abunəçiyə xidmət göstərir. Hazırda Cəmiyyətin xidmət göstərdiyi 33 şəhər və rayon mərkəzində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti