...

"AtaBank" ASC yeni "Səyahət krediti" məhsulunu təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2013 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyul /Trend/

"AtaBank" ASC müştərilərinə yeni "Səyahət krediti" məhsulunu təqdim edir. Səyahət krediti məhsulunda kredit üzrə faiz dərəcəsi illik 18%, ilkin ödəniş 30%, kreditin məbləği borcalanın aylıq əməkhaqqının 6 mislinədək və maksimum 5000 manat ekvivalenti təşkil edir.

Bankdan Trend-ə verilən məlumata görə, kredit maksimum 12 ay müddətinə yalnız Azərbaycan Respublikasının vətəndaşlarına manat, avro və ABŞ dolları ilə verilir. Borcalanın ümumi iş stajı 1 ildən az, yaş həddi isə 22 yaşdan aşağı olmamalıdır. Lakin son iş yerində iş stajı 6 aydan az olduqda borcalan əmək kitabçasının surətini təqdim etməlidir. 3000 min manatdan yuxarı kreditin verilməsi üçün 1 zamin tələb olunur. Ödəniş hər ay bərabər hissələrlə aparılmalıdır. Kredit üzrə faktiki illik faiz dərəcəsi isə 19,04%-dən başlayır. "AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər üçün www.atabank.com saytına və ya sosial şəbəkədə səhifəsini ziyarət edə bilərsiniz - www.facebook.com/atabank.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" ASC yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti