Azərbaycan, Bakı, 26 iyul /Trend/
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Bank VTB (Azərbaycan)" ASC-nin ümumi dəyəri 27 milyon manat olan adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
Trend-in Bakı Fond Birjasına istinadən verdiyi məlumaat görə, emissiyaya hər birinin nominal dəyəri 0,2 manat olan 135 milyon ədəd səhm daxildir.
Emissiyanın yerləşdirilməsi nəticəsində bankın nizamnamə kapitalı indiki 23,815 milyon manatdan 50,815 milyon manatadək artacaq. İyulun 1-nə olan vəziyyətə görə bankın məcmu kapitalı 16,185 milyon manat təşkil edir.
Səhmlərin yerləşdirilməsinin anderrayteri "Brokdil-az" MMC-dir.