...

“Unibank” kreditlər üzrə yay güzəştlərini davam etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Avqust 2013 17:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 avqust /Trend

Yay nə qədər isti keçsə də, "Unibank" müştəriləri bu istini hiss etmədilər.

"Unibank"dan Trend-ə daxil olan məlumatda bildirilir ki, bütün yay boyu bank müştəriləri üçün mülayim kredit kampaniyalarını davam etdirdi. Özü də ayrı-seçkilik salmadan, hər kəs üçün. "Unibank" müştəriləri yay ayları ərzində bankın müxtəlif peşə sahibləri üçün endirimli kredit məhsullarından faydalandılar. Biz hamını bu fürsətdən faydalanmağa çağırırıq. Axı, yayın bitməsinə az qalıb.

Bütün peşə sahibləri "Unibank"dan 3 faiz endirimlə kredit ala bilirlər. Kreditin maksimal məbləği 7500 manatadək artırılıb, müddət isə 48 ayadək uzadılıb. Üstəlik, "Unibank"dan kredit götürən hər kəsə bir çox imtiyazlar verən üzvlük kartı hədiyyə edilir.

Qeyd edək ki, "Unibank" nağd kredit götürən hər bir müştərisi üçün maksimal yaş həddi 70-dir. "Unibank"dan kredit götürənlərin aylıq gəlirlərinin məbləğinə və əmək stajlarına heç bir tələb qoyulmur.

Müştərilərinə bütün həftəni xidmət etmək üçün "Unibank"ın filialları, şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallar fasiləsiz işləyir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti