Azərbaycan, Bakı, 27 avqust /Trend /
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Unibank" ASC-nin 6 000 048 manat həcmində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
Bakı Fond Birjasından (BFB) çərşənbə günü Trend-ə verilən məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 2,72 manat olan 2 205 900 səhm buraxılıb.
Bankın nizamnamə kapitalı 63 565 184 manat təşkil edir.
Sövdələşmənin anderrayteri qismində " "Unicapital" MMC çıxış edir.