...

Azərbaycan Mərkəzi Bankının "Tədqiqat bülleteni"nin ikinci sayı hazırlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Avqust 2013 17:39 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının (AMB) yeni elektron nəşri olan rüblük “Tədqiqat bülleteni”nin ikinci nömrəsi hazırlanıb və Mərkəzi Bankın internet səhifəsində yerləşdirilib. Bu barədə Trend-ə AMB-dan cümə axşamı daxil olan məlumatda deyilir.
Azərbaycan Mərkəzi Bankının "Tədqiqat bülleteni"nin ikinci sayı hazırlanıb

Azərbaycan, Bakı, 29 avqust /Trend/

Azərbaycan Mərkəzi Bankının (AMB) yeni elektron nəşri olan rüblük "Tədqiqat bülleteni"nin ikinci nömrəsi hazırlanıb və Mərkəzi Bankın internet səhifəsində yerləşdirilib. Bu barədə Trend-ə AMB-dan cümə axşamı daxil olan məlumatda deyilir.

Bülletendə dünya iqtisadiyyatında baş verən ən son iqtisadi proseslərin icmalı verilmiş, qlobal maliyyə bazarlarında vəziyyət, aparılan iqtisadi siyasətlər əks olunub.

Burada, həmçinin mərkəzi banklarda modelləşdirmə və proqnozlaşdırma bazasının inkişafına dair yeniliklər, habelə inkişaf iqtisadiyyatı üzrə ən son tədqiqatların nəticələri öz əksini tapır.

Bülletenin fundamental tədqiqatlar bölməsində Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan son tədqiqat işləri və onların nəticələri haqqında da məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti