...

“Pasha Bank” kredit portfelində emal sənayesinin payını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Sentyabr 2013 13:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir A.Axundov/

"Pasha Bank" ASC-nin kredit portfeli ilin birinci yarısında 17 faiz artaraq 331,69 milyon dollara çatıb. Ötən ilin analoji dövründə bu göstərici 282, 84 milyon manat olub. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə açıqlamasında "Pasha Bank" ASC-nin İdarə Heyətinin üzvi, Baş maliyyə administratoru Şahin Məmmədov bildirib.

Onun sözlərinə görə, kredit portfelinin 48 faizindən çoxu ticarət və xidmət sahəsinin payına, 23 faizi emal sənayesi, 13,99 faizi tikinti, 4,98 faizi kənd təsərrüfatı və qida sənayesi, 9,94 faizi isə digər xidmətlərin payına düşür.

Bankın Baş maliyyə administratoru bildirib: "Bank emal sənayesinin inkişaf etdiyi regionlara işə daha çox diqqət ayırdığından, portfeldə sahənin payı artır".

Onun sözlərinə görə, kreditlərin 40,8 milyon manatı uzunmüddətli (12-36 ay), 37,5 faizi ortamüddətli, 21,7 faizi isə qısamüddətli (12 aydan az) kreditlərin payına düşür.

Portfelin 47,68 faizi təmin olunan, 40,62 faizi qismən təmin olunan və 11,7 faizi isə zəmanətsiz kreditlərin payına düşür.

Bankın kreditlər üzrə girovunun 27,27 faizini mülk, 21,16 faizini isə xammal təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti