...

Azərbaycanın qızıl istehsalçısı ikinci yataqda hasilata başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Sentyabr 2013 13:30 (UTC +04:00)
Azərbaycan qızıl istehsalçısı “Anglo-Asian Mining plc” şirkəti ikinci yataq olan Qoşada hasilat işlərinə başlayır.
Azərbaycanın qızıl istehsalçısı ikinci yataqda hasilata başlayır

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan qızıl istehsalçısı "Anglo-Asian Mining plc" şirkəti ikinci yataq olan Qoşada hasilat işlərinə başlayır. Bu barədə şirkətin cümə axşamı yaydığı məlumatda bildirilir.

Məlumatda deyilir ki, sentyabrın əvvəlində yataqdan yoxlama məqsədilə 100 ton həcmində filiz hasil edilib. Şirkət ilin sonuna kimi yataqdan müntəzəm hasilata başlayır. 2014-cü ilin əvvəlindən filiz Gədəbəydə yeni emal zavoduna göndəriləcək.

"Anglo-Asian Mining" yataqdan il ərzində 15-20 min unsiya qızıl əldə etməyi planlaşdırır.

"Anglo Asian Mining Plc" şirkəti 1997-ci ilin avqustunda Azərbaycan hökuməti ilə imzalanmış müqaviləyə əsasən, Azərbaycanın cənub-qərbindəki altı yataqda - Gədəbəy, Ordubad, Qoşa Bulaq, Qızıl Bulaq, Vejnəli və Söyüdlüdə işləmək hüququna malikdir.

Azərbaycan hökuməti ilə Azərbaycan Beynəlxalq Mədən Əməliyyatı Şirkəti arasında 30 il müddətinə imzalanan hasilatın pay bölgüsü haqqında müqavilədə Azərbaycanın pay hissəsi 51 faiz, Böyük Britaniyanın "Anglo-Asian Mining plc" şirkətinin pay hissəsi isə 49 faizdir.

Müqaviləyə əsasən, yataqlardan 400 ton qızıl, 2500 ton gümüş və 1,5 milyon ton mis hasil etmək planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti