...

Azərbaycanın qeyri-neft sektoruna yatırılan investisiyalar təqribən 20 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Sentyabr 2013 15:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir E.Əliyev/

2013-ci ilin yanvar-avqust aylarında Azərbaycanda bütün maliyyə mənbələrindən iqtisadi və sosial sahələrin inkişafına 10,4 milyard manat sərmayə qoyulub ki, bu da ötən ilin analoji dövr göstəricisindən 22,7 faiz çoxdur.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, təmir-tikinti işlərinə qoyulan investisiyaların həcmi 35,4 faiz artaraq 6 860,4 milyon manat olub ki, bu da investisiyaların ümumi həcminin 66,1 faizini təşkil edib. İstehsalat yönümlü obyektlərin tikintisinə və qeyri-istehsalat obyektlərinin hər birinə 5,2 milyard manat yönəldilib.

İnvestisiyaların ümumi həcmindən 74,8 faiz daxili investisiyaların payına düşür. Bu investisiyalar il ərzində 16,3 faiz artıb. Daxili investisiyaların böyük hissəsi (78,5 faiz) dövlət müəssisələrinə və təşkilatlara, yalnız 21,5 faizi isə özəl müəssisələrə qoyulub.

Müəssisə və təşkilatların vəsaitləri hesabına əsas kapitala 4 309,3 milyon manat (investisiyaların ümumi həcminin 41,5 faizi), bank kreditlərindən 552,7 milyon manat (5,3 faiz), büdcə vəsaitlərindən 4 864,7 milyon manat (46,9 faiz), büdcədənkənar fondların vəsaitlərindən 370,7 milyon manat (3,6 faiz), əhalinin şəxsi vəsaitlərindən 225,3 milyon manat (2,5 faiz), digər vəsaitlərdən isə 26,1 milyon manat (0,2 faiz) sərmayə qoyulub.

Əsas kapitala qoyulan vəsaitlərin 70,7 faizi (7 336,6 milyon manat) qeyri-neft sektorunun inkişafına, o cümlədən 29,3 faizi (3 042,2 milyon manat) neft sənayesi sektoruna yönəldilib. Qeyri-neft sektoruna kapital qoyuluşları 19 faiz, neft sahəsinə isə 32,6 faiz artıb.

İnvestisiyaların 43,4 faizi sənaye sahəsi, 20,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 7,6 faizi daşınmaz əmlak üzrə əməliyyatların (onların 7,5 faizi mənzil tikintisinin payına düşür), 6,9 faizi dövlət idarəçiliyi, 3,9 faizi təhsil, 3,9 faizi kənd təsərrüfatı, 3,2 faizi istirahət, əyləncə və incəsənətin, 3 faizi tikinti, 0,9 faizi ticarət, 1 faizi rabitə və informasiya, 1,2 faizi səhiyyə, inzibati və yardımçı xidmətlərin göstərilməsinin, 0,6 faizi ictimai iaşə və turistlərin yerləşdirilməsi, 0,1 faizi isə maliyyə və sığorta, peşəkar, texniki və elmi fəaliyyətin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti