...

Dövlət Baytarlıq Xidməti: Azərbaycanda iribuynuzlu mal-qara arasında yayılan virus təhlükəsi sovuşur

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2013 16:46 (UTC +04:00)
Azərbaycanda iribuynuzlu mal-qara arasında yayılan bunyavirus ailəsindən olan virus təhlükəsi sovuşur. Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəhbəri Siyalə Rüstəmova Trend-ə açıqlamasında bildirib.
Dövlət Baytarlıq Xidməti: Azərbaycanda iribuynuzlu mal-qara arasında yayılan virus təhlükəsi sovuşur

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanda iribuynuzlu mal-qara arasında yayılan bunyavirus ailəsindən olan virus təhlükəsi sovuşur. Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəhbəri Siyalə Rüstəmova Trend-ə açıqlamasında bildirib.

S.Rüstəmova deyib ki, bu gün 560 baş mal-qara hələ də bu virusdan əziyyət çəkir.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin qərarı ilə dövlət büdcəsinin ehtiyat fondundan ayrılan 2,35 milyon manat həcmində pul vəsaitindən aktiv şəkildə istifadə olunur. Əsasən müqavilələr bağlanılır, dərman ləvazimatları alınır, Dövlət Baytarlıq Xidmətinin maddi-texniki bazası gücləndirilir.

Bu vəsaitlər kənd təsərrüfatı heyvanlarının xəstələnməsinin qarşısının alınması üzrə profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə ayrılıb.

S.Rüstəmova bildirib ki, virusun bundan sonra yayılma ehtimalı olduqca aşağıdır: "Biz gözləyirik ki, havaların soyuması ilə əlaqədar vəziyyət sabitləşəcək. Çünki belə olan halda virus yayıcıları artıq çoxalmırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti