...

Nazir: Yeddi il ərzində Azərbaycan kənd təsərrüfatı lizinqinə 660 milyon dollar ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2013 14:37 (UTC +04:00)
2005-2012-ci illərdə "Aqrolizinq" ASC-yə dövlət büdcəsindən və digər mənbələrdən (ASC tərəfindən təkrar istifadə olunan 119,49 milyon manat da daxil olmaqla) 518,97 milyon manat vəsait ayrılıb.
Nazir: Yeddi il ərzində Azərbaycan kənd təsərrüfatı lizinqinə 660 milyon dollar ayırıb

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir E.Əliyev/

2005-2012-ci illərdə "Aqrolizinq" ASC-yə dövlət büdcəsindən və digər mənbələrdən (ASC tərəfindən təkrar istifadə olunan 119,49 milyon manat da daxil olmaqla) 518,97 milyon manat vəsait ayrılıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi kənd təsərrüfatı naziri İsmət Abasovun "Respublika" qəzetində dərc olunmuş son 10 il ərzində ölkənin aqrar sektorununun inkişaf dinamikasına həsr olunan məqaləsində bildirilir.

Nazirin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncəmaı ilə yaradılan lizinq şirkəti ildən-ilə genişlənir: "Bu vəsaitlərdən 191,21 milyon manatı kənd təsərrüfatı texnikasının, 113,97 milyon manatı texnoloji avadanlıqların, 114,55 milyon manatı mineral gübrələrin, 22,86 milyon manatı cins mal-qaranın alınmasına, daha 50,5 milyon manat isə tikinti işlərinə sərf olunub. Eyni zamanda, ASC öz fəaliyyəti nəticəsində əldə olunan 50,5 milyon manat və 21,94 milyon manatı maddi-texniki bazanın yaxşılaşdırması üçün istifadə edib".

Nazirin sözlərinə görə, bu ilin iyul ayında ölkə Prezidentinin sərəncamı ilə məhsul yığımı zamanı fermerlərin qarşılaşdığı kombayn çatışmazlığının aradan qaldırılması məqsədilə "Aqrolizinq" şirkətinə 15 milyon manat vəsait ayrılıb: "Bu maliyyələşdirmə nəticəsində ASC tərəfindən Finlandiya istehsalı olan 150 ədəd taxılyığan kombayn alınıb və ölkəyə gətirilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti