...

“Aura” sağlamlıq mərkəzində "Açıq qapı" günü keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2013 10:39 (UTC +04:00)
2013-cü il sentyabrın 30-da “Exselsior Hotel Baku”nun “Aura” sağlamlıq mərkəzində jurnalistlər və ictimaiyyət nümayəndələri üçün "Açıq qapı" günü keçirilib, tədbir zamanı kallanetika üzrə nümunəvi çıxışlar təqdim edilib.
“Aura” sağlamlıq mərkəzində "Açıq qapı" günü keçirilib

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

2013-cü il sentyabrın 30-da "Exselsior Hotel Baku"nun "Aura" sağlamlıq mərkəzində jurnalistlər və ictimaiyyət nümayəndələri üçün "Açıq qapı" günü keçirilib, tədbir zamanı kallanetika üzrə nümunəvi çıxışlar təqdim edilib.

"AtaHolding" ASC-dən Trend-ə verilən məlumata görə, əvvəlcə tanıtım ekskursiyasının gedişində qonaqlar "Aura" sağlamlıq mərkəzində quraşdırılmış idman avadanlıqları ilə ətraflı tanış olmuşlar. Sonra "Aura" sağlamlıq mərkəzinin kallanetika üzrə məşqçisi Nailə Canaşvili bir sıra hərəkətlər nümayiş etdirmişdir. Bundan başqa, iştirakçılara məşqçinin məsləhətləri ilə məşğələlərdə iştirak etmək imkanı verilmişdir. Məlum olduğu kimi, kallanetika -amerikalı Kalan Pinkney tərəfindən ötən əsrin sonlarında işlənib hazırlanmış gimnastika hərəkətləridir. Kallanetika gimnastikası - güc gimnastikası və yoqadan götürülmüş, əzələlərin yığılmasına və dartılmasına yönəldilmiş statik hərəkətlərdir. Həzin musiqinin müşayiəti ilə hərəkətlərin aram ritmi kallanetikanı bütün arzu edənlər, hətta yaşlı və sağlamlığı zəif olan insanlar üçün də mümkün edir.

"AtaHolding" ASC-nin Kommunikasiya şöbəsinin rəisi Dilarə Zamanova sağlamlıq mərkəzinin kişilər və qadınlar üçün nəzərdə tutulmuş ayrı-ayrı zallarında keçirilən kallanetika məşğələlərində fərdi və qrup halında məşğələlərdən ətraflı danışmışdır. O, qeyd etmişdir ki, məşqçilərdən ibarət peşəkar komanda hər kəs üçün fərdi olaraq məşq proqramı işləyib hazırlamağa kömək edir.

"Exselsior Hotel Baku"nun Marketinq və Satış Departamentinin direktoru Damla Bayık qış mövsümü ərəfəsində "Aura" sağlamlıq mərkəzində baş vermiş dəyişikliklər və yeniliklər haqqında geniş məlumat vermişdir. O, qeyd etmişdir ki, qadınlar üçün xüsusi təklif həftə içi səhər saat 10:00-dan axşam saat 17:00-ə qədər vaxtı əhatə edir. Təklifə fitnes mərkəzindən, açıq və qapalı hovuzdan, sauna, buxar və cakkuzidən, açıq havada tennis və skvoş zallarından istifadə daxildir. Qadınlar üçün bir aylıq abunə 175 AZN, 6 aylıq abunə 750 AZN və 1 illik abunə 1175 AZN təşkil edir. "Excelsior Hotel Baku" otelinə 496 78 02 telefon nömrəsinə zəng edərək geniş məlumat almaq mümkündür.

"Excelsior Hotel Baku" 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. "Excelsior Hotel Baku" mehmanxanası 1 "İmperial" lüks, 2 "Royal" lüks, 4 "Crown" lüks, 45 "Heritage" Delüks, 9 "Duke" standart otaqlar, iclas otaqları və biznes mərkəzləri, restoranlar, "Aura" sağlamlıq mərkəzindən və s. ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti