...

DB "ASAN Xidmət"in əhatə dairəsini genişləndirməkdə Azərbaycana kömək etməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2013 11:50 (UTC +04:00)
Dünya Bankı (DB) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdindəki "ASAN Xidmət"in fəaliyyətini təkmilləşdirmək məqsədilə layihə həyata keçirməyə hazırdır.
DB "ASAN Xidmət"in əhatə dairəsini genişləndirməkdə Azərbaycana kömək etməyə hazırdır

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir A. Axundov/

Dünya Bankı (DB) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdindəki "ASAN Xidmət"in fəaliyyətini təkmilləşdirmək məqsədilə layihə həyata keçirməyə hazırdır.

Bu barədə cümə axşamı Trend-ə DB-nin Bakı nümayəndəliyinin rəhbəri Larisa Leşenko deyib.

Onun sözlərinə görə, DB belə layihədə iştirak imkanlarını artıq müzakirə edib: "Bank Azərbaycanın hər bir vətəndaşının keyfiyyətli və səmərəli dövlət xidmətlərinə çıxış əldə etməsi üçün həmin xidmətin əhatə dairəsini genişləndirmək məqsədini güdür".

L. Leşenko bildirib: "Biz xidmətlər siyahısının genişləndirilməsində, proqram təminatının yaxşılaşdırılmasında, yeni rayon mərkəzlərinin tikintisində mövcud struktura yardım etməyə hazırıq".

DB "Azərbaycanda sahibkarlığın stimullaşdırılması" hesabatı çərçivəsində "ASAN Xidmət"in səlahiyyətlərini genişləndirməyi təklif edib.

Onun sözlərinə görə, gələcəkdə "ASAN Xidmət"in səlahiyyətlərini genişləndirmək və onun vasitəsi ilə biznes fəaliyyətinin aparılmasına icazə verilməsi üzrə xidmətləri səmərəli təqdim etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti