...

Azərbaycanda təhlükəsiz ixrac sxemi çərçivəsində malların qablaşdırılması və daşınması qaydaları müəyyən edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Oktyabr 2013 00:29 (UTC +04:00)
Nazirlər Kabineti "Təhlükəsiz ixrac sxemi çərçivəsində malların qablaşdırılması, yüklənməsi, daşınması və boşaldılması Qaydaları"nı təsdiq edib.
Azərbaycanda təhlükəsiz ixrac sxemi çərçivəsində malların qablaşdırılması və daşınması qaydaları müəyyən edilib

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

Nazirlər Kabineti "Təhlükəsiz ixrac sxemi çərçivəsində malların qablaşdırılması, yüklənməsi, daşınması və boşaldılması Qaydaları"nı təsdiq edib.

Trend Nazirlər Kabinetinə istinadən məlumat verir ki, təhlükəsiz ixrac sxeminin məqsədi malların təhlükəsiz qaydada qablaşdırılmaqla, başqa mallardan ayrılıqda, heç bir kənar müdaxilə olmadan yüklənməsini, daşınmasını və təyinat yerində boşaldılmasını təmin etməkdir.

Bu Qaydalar gömrük orqanları tərəfindən təsdiq edilmiş bir və ya bir neçə təhlükəsiz ixrac sxemi çərçivəsində malların daşınmasına, onlarla əlaqədar müvafiq əməliyyatların aparılmasına və ya ixracına cəlb olunmuş şəxslərə tətbiq edilir.

Bu Qaydaların müddəaları şəxslərin malları gömrük orqanları tərəfindən təsdiq edilmiş təhlükəsiz ixrac sxemindən kənar daşımasına, onlarla müvafiq əməliyyatlar aparmasına və ya ixrac etməsinə mane olmur.

Xəbər lenti

Xəbər lenti