...

“DəmirBank”a yatırılan əmanətlərin həcmi təxminən 15 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2013 12:26 (UTC +04:00)
“DəmirBank”ın aktivləri 1 oktyabr 2013-cü il tarixinə 378 mln. manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə qeyd edilən tarixə 295 mln. manatı keçib.
“DəmirBank”a yatırılan əmanətlərin həcmi təxminən 15 faiz artıb

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

"DəmirBank"ın aktivləri 1 oktyabr 2013-cü il tarixinə 378 mln. manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə qeyd edilən tarixdə 295 mln. manatı keçib.

Bankdan Trend-ə daxil olan məlumatda bildirilir ki, bankda müştəri depozitlərinin həcmi 1 oktyabr 2013-cü il tarixinə 173,8 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 oktyabr 2013-cü il tarixinə 142,8 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 14,6% və ya 18,2 mln. manat çoxdur.

Bankın 1 oktyabr 2013-cü il tarixinə məcmu kapitalı isə 57,8 mln. manat olub ki, bu da Azərbaycan Respublikası Mərkəzi Bankının 1 yanvar 2014-cü il tarixinə bankların məcmu kapitalının 50 mln. manat olması tələbini üstələyir.

Ölkənin ilk kommersiya bankı olan "DəmirBank" 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. "DəmirBank" Fitch Ratings və Planet Rating agentliklərinin "stabil" proqnozlu "B" reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti