...

"TuranBank"ın aktivləri 16 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2013 13:40 (UTC +04:00)
2013-cü ilin oktyabr ayının 1-nə "TuranBank"ın aktivləri 2012-ci ilin analoji dövrü ilə müqayisədə 16,35 faiz, ilin əvvəli ilə müqayisədə isə 9,81 faiz artaraq 238,370 mln. manat təşkil edib.
"TuranBank"ın aktivləri 16 faizdən çox artıb

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

2013-cü ilin oktyabr ayının 1-nə "TuranBank"ın aktivləri 2012-ci ilin analoji dövrü ilə müqayisədə 16,35 faiz, ilin əvvəli ilə müqayisədə isə 9,81 faiz artaraq 238,370 mln. manat təşkil edib.

Bankdan cümə axşamı Trend-ə verilən məlumata görə, hesabat tarixinə bankın kredit portfeli 2013-cü ilin əvvəli ilə müqayisədə 11,35 faiz, 2012-ci ilin analoji dövrü ilə müqayisədə isə 17,20 faiz artaraq 179,584 mln. manata çatıb.

Cari ilin yanvar-sentyabr ayları üzrə bankın müştəri hesabları və depozit portfeli 102,2 mln. manat təşkil etmişdir. Depozit portfelinin strukturunda müddətli əmanətlər 2012-ci ilin analoji dövrü ilə müqayisədə 30,6 faiz artaraq 68,646 mln. manat təşkil etmişdir.

1 oktyabr 2013-cü il tarixinə bankın nizamnamə kapitalı 40 mln. manat təşkil etməklə ilin əvvəli ilə müqayisədə 33,3 faiz, ötən ilin analoji dövrü ilə müqayisədə isə 68,1 faiz artmışdır.

Hesabat dövründə bankın məcmu kapitalı ilin əvvəli ilə müqayisədə 41,25 faiz, ötən ilin analoji dövrü ilə müqayisədə isə 63,87 faiz artaraq 45 mln. manat təşkil etmişdir.

Bankın nizamnamə kapitalının strukturu ümumilikdə 27 səhmdar olmaqla - 5 hüquqi (23,84 faiz) və 22 fiziki şəxsdən (76,16 faiz) ibarətdir.

2013-cü ilin yanvar-sentyabr ayları üzrə fəaliyyət nəticələrinə əsasən bankın gəlirləri 20,249 mln. manat, xərcləri isə 16,123 mln. manat təşkil etmişdir. Hesabat dövrü ərzində Bankın balans mənfəəti 4,126 mln. manat olmuşdur.

"TuranBank" müştərilərə əlverişli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə, avtomobil və ipoteka kreditləri, eyni zamanda "Sirlər Xəzinəsi" kampaniyası çərçivəsində yüksəkgəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir.

Bankın beynəlxalq statuslu MasterCard plastik kartları öz rəqabətqabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir. "TuranBank"ın MasterCard məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code, PİN Change və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda Bank, müştərilərə əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif edilir.

Hazırda Bank, öz müştərilərinə Western Union, Xpress Money, Contact, Migom, Zolotaya Karona, Privatmoney, Allure, Blizko, IBA-Express və Monex kimi geniş çeşidli təcili pul köçürmə sistemləri üzrə xidmət göstərir.

Bankın hal-hazırda 14 xidmət nöqtəsi (onlardan 7-si regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatalada, Xaçmaz və Qazaxda olmaqla) və 20 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.

"TuranBank"ın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti