...

Nazir müavini: 2015-ci ildə Azərbaycan özünü sementlə təmin edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2013 12:28 (UTC +04:00)
Azərbaycan 2015-ci ildə özünü sementlə tam təmin edəcək.
Nazir müavini: 2015-ci ildə Azərbaycan özünü sementlə təmin edəcək

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan 2015-ci ildə özünü sementlə tam təmin edəcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda keçirilən II Avrasiya Sement Forumunda çıxışı zamanı iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirib.

"Holcim" şirkətinin (Qaradağ sement zavodu) istehsalının müasirləşdirilməsi, "Accord" və "Norm" şirkətlərinin zavodlarının tam güclə işə salınması Azərbaycana özünün sement tələbatını 2015-ci ildə 100 faizə çatdırmağa imkan verəcək. 2012-ci ildə bu göstərici 44 faiz olub".

Onun sözlərinə görə, ötən ilin yekunları üzrə ölkə əhalisinin bütün işçi qüvvəsinin 10 faizinin cəmləşdiyi tikinti materialları sahəsində istehsalat qeyri-neft sektorunda olan emal sənayenin sahələri arasında üçüncü yeri tutub.

Səfərov bildirilib: "Son 10 il ərzində ölkədə bütün sənaye məhsullarının üç dəfə artması fonunda tikinti materialları istehsalı 2,5 dəfə artıb. Sement istehsalında artım 2,3 dəfə, beton qarışığında 11 dəfə, asfaltda 4 dəfə, tikinti kərpicinin istehsalında isə dörd dəfədən artıq artım olub. Ölkədə tikinti materiallarının istehsalı ilə məşğul olan müəssisələrin sayı 11,7 faiz artıb. Bu sahədə özəl sektorun xüsusi çəkisi 94 faizədək atıb".

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) direktoru Rüfət Məmmədovun sözlərinə görə, 2012-ci ildə Azərbaycanda əsas kapitala 15 milyard manatdan artıq vəsait yatırılıb ki, onlardan da yeddi milyard manatdan çoxu tikintiyə aiddir.

AZPROMO rəhbəri bildirib: " Bu ölkədə tikinti materiallarına olan tələbatı göstərir ki, bu da son nəticədə istehsalatın həcmi və məhsulun keyfiyyətinin artırılması ilə nəticələnir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti