...

“AtaBank” ASC "Visa imtiyazlar dünyasını kəşf et!" kampaniyasına start verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2013 11:04 (UTC +04:00)
Azərbaycanda nağdsız ödənişlərin dövriyyəsini artırmaq məqsədilə «AtaBank» ASC «VISA International» təşkilatı ilə birgə oktyabrın 21-dən yeni aksiyaya başlayıb.
“AtaBank” ASC "Visa imtiyazlar dünyasını kəşf et!" kampaniyasına start verib

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Azərbaycanda nağdsız ödənişlərin dövriyyəsini artırmaq məqsədilə "AtaBank" ASC "VISA International" təşkilatı ilə birgə oktyabrın 21-dən yeni aksiyaya başlayıb. "Visa imtiyazlar dünyasını kəşf et!" aksiyası dekabrın 20-dək davam edəcək. Bu barədə bankdan Trend-ə məlumat verilib.

Bankın filiallarında bütün növ "Visa Premium" (Gold və Platinum) kartları sifariş edən müştərilərə "MyBrands" mağazalar şəbəkəsində 20% endirim əldə etmək üçün 3 kupon veriləcək. Aksiyadan əvvəl sifariş edilmiş "Visa Premium" kartları da "MyBrands" mağazalar şəbəkəsində 120 manatdan yuxarı alış-veriş etdikdə kuponsuz 10% endirim əldə edəcək. Aksiyanın bütün iştirakçılarına əlavə olaraq "MyBrands" mağazalar şəbəkəsində hər zaman 5% endirim əldə etmək imkanı verən "MyBrands Standart" kartı hədiyyə veriləcək.

Kuponlardan yalnız 1 dəfə istifadə etmək olar. Kuponlar 2014-cü il yanvarın 15-dək etibarlıdır.

MyBrands mağazalar şəbəkəsinə United Colors of Benetton, bebe, Sisley, Accessorize, Tommy Hilfiger, Monsoon, Adidas, Nike, Nine West, Coast və s. mağazalar daxildir.
Aksiyanın şərtləri www.mybrands.az/ru/shops və ya www.facebook.com/VisaAzerbaijan sosial şəbəkələrində qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti