...

Azərbaycan və Almaniya menecerlərin ixtisasartırma proqramının müddətini uzatmaq niyyətindədirlər (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2013 17:13 (UTC +04:00)
Azərbaycan-Almaniya əməkdaşlığı ildən-ilə uğurla inkişaf edir. Trend-in məlumatına görə, bunu İqtisadiyyat və Sənaye Nazirliyinin Aparatının rəhbəri Samir Vəliyev Bakıda keçirilən "Azərbaycanda biznes sahəsində idarəetmə kadrlarının hazırlanması: Azərbaycan-Almaniya əməkdaşlığı" adlı konfransda çıxış edərkən deyib.
Azərbaycan və Almaniya menecerlərin ixtisasartırma proqramının müddətini uzatmaq niyyətindədirlər (FOTO)

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir E.Əliyev/

Azərbaycan-Almaniya əməkdaşlığı ildən-ilə uğurla inkişaf edir. Trend-in məlumatına görə, bunu İqtisadiyyat və Sənaye Nazirliyinin Aparatının rəhbəri Samir Vəliyev Bakıda keçirilən "Azərbaycanda biznes sahəsində idarəetmə kadrlarının hazırlanması: Azərbaycan-Almaniya əməkdaşlığı" adlı konfransda çıxış edərkən deyib.

Onun sözlərinə görə, bugünkü konfrans iki ölkə arasındakı uğurlu əməkdaşlıq nümunələrindən biridir: "Bu əməkdaşlıq çoxtərəflidir və ticarət, maliyyə, investisiyalar, kadrların hazırlanması və digər sahələri əhatə edir. 2009-cu ildə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və GIZ - Almaniyana Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma əsasən, biznes sahəsində idarəetmə kadrlarının ixtisasının artırılması üzrə birgə Azərbaycan-Almaniya proqramı həyata keçirilib".

S.Vəliyev qeyd edib ki, bu proqram uğurla həyata keçirilir və Azərbaycan sahibkarları arasında böyük tələbatla istifadə olunur: "Proqramın həyata keçirildiyi 5 il ərzində ondan 173 nəfər yararlanıb. Bu proqrama olan yüksək diqqət nəzərə alınaraq, cari ilin fevralında proqramın müddətinin 3 il uzadılması barədə qərar qəbul edilib".

Onun sözlərinə görə, Azərbaycan rəhbərliyinin indiki siyasətinin prioritetlərindən biri ölkədə işgüzar və investisiya mühitinin inkişafıdır: "Bu baxımdan menecerlərin ixtisasının artırılması üzrə birgə proqramın vacibliyi və əhəmiyyəti daha da artacaq. Əminəm ki, bu proqram Azərbaycan və Almaniya arasında əməkdaşlığın gələcəkdə inkişafına və möhkəmlənməsinə xidmət edəcək".

İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi ilə Bakı Biznes Tədris Mərkəzinin təşkil etdiyi konfransın işində Almaniya Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Almaniyanın Azərbaycandakı səfirliyi və GIZ-in nümayəndələri, həmçinin 2009-2013-cü illərdə ixtisasartırma proqramında iştirak etmiş sahibkarlar və menecerlər iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti