...

“Bank of Baku” daimi kredit müştəriləri üçün stimullaşdırıcı tirajlı lotereyaya start verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Noyabr 2013 14:07 (UTC +04:00)
"Bank of Baku" daimi kredit müştəriləri olan "Dostlar klubu" üzvləri üçün "Dəyərli dostlara dəyərli hədiyyə" adlı stimullaşdırıcı tirajlı lotereyaya start verir.
“Bank of Baku” daimi kredit müştəriləri üçün stimullaşdırıcı tirajlı lotereyaya start verir

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

"Bank of Baku" daimi kredit müştəriləri olan "Dostlar klubu" üzvləri üçün "Dəyərli dostlara dəyərli hədiyyə" adlı stimullaşdırıcı tirajlı lotereyaya start verir.

Bankdan Trend-ə daxil olan məlumata görə, lotereyada qalib gələcək 717 müştəriyə toplam olaraq 80 000 manat məbləğində "Dostlar klubu" bonusu, 6,7 karat brilliant, 440 qram qızıl, 121 ədəd suvenir-gümüş sikkə və 12500 manatlıq kupon hədiyyə olunacaq. Loterayada iştirak etmək üçün sadəcə "Dostlar klubu" üzvü olmaq və tiraja 3 iş günü qalmış tarixə qədər heç bir cari krediti üzrə gecikmə olmaması yetərlidir.

Lotereya 2 tirajdan ibarətdir:
1-ci tiraj - 27 noyabr tarixində "Bank of Baku" ofisində keçiriləcək
2-ci tiraj - 14 dekabr tarixində, saat 20:00-da canlı yayımda ATV kanalında keçiriləcək.

Lotereyada iştirak hüququ əldə etmiş hər bir müştəriyə 6 (altı) rəqəmdən ibarət eyniləşdirmə kodu müəyyən edilir və bu kod müştərinin bankda qeydiyyatda olan mobil nömrəsinə SMS vasitəsi ilə göndərilir. Hər iki tirajda iştirak hüququ əldə etmiş müştərilərin eyniləşdirmə kodu elektron bazadan, bank tərəfindən yaradılmış xüsusi proqram vasitəsilə təsadüfi seçim əsasında seçiləcəkdir.

Lotereya haqqında daha ətraflı məlumatı bu keçiddən əldə etmək mümkündür - http://www.bankofbaku.com/az/dostlar-klubu/dostlar-klubu-lottery.html

İlk tirajın qaliblərinin mükafatları - tələb irəli sürüldüyü tarixdən etibarən 30 (otuz) iş günü ərzində onların "Dostlar Klubu" kartları üzrə müvafiq bonus hesablarına yatırılacaq. İkinci tirajın qaliblərinə mükafatlar - tələb irəli sürüldüyü tarixdən etibarən 30 (otuz) iş günü ərzində təqdim edilir.

"Dəyərli dostlara dəyərli hədiyyə" stimullaşdırıcı tirajlı lotereyanın siması xalq artisti Brilliant Dadaşova olacaq. Brilliant Dadaşova başlayan kampaniyanın promo aksiyalarında iştirak edəcək və "Dostlar klubu" üzvlərini lotereyaya fəal şəkildə qoşulmağa səsləyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti