...

Millət vəkili: 2014-cü ilin dövlət büdcəsi Azərbaycanın gələcək iqtisadi inkişafının yolunu müəyyənləşdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2013 14:57 (UTC +04:00)
Onun sözlərinə görə, indiki dövlət büdcəsi layihəsinin ötən illərin müvafiq zərflərindən fərqi, özünəməxsusluğu ondan ibarətdir ki, yaxın illər üçün Azərbaycanın iqtisadi inkişafı proqnozları da cari büdcə layihəsinə daxil edilib
Millət vəkili: 2014-cü ilin dövlət büdcəsi Azərbaycanın gələcək iqtisadi inkişafının yolunu müəyyənləşdirir

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir E.Əliyev/

2014-cü ilin dövlət büdcəsi Azərbaycanın gələcək iqtisadi inkişafının yolunu müəyyənləşdirir. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev çərşənbə günü parlamentin Elm və təhsil, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər, Mədəniyyət, İnsan haqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin geniştərkibli iclasında 2014-cü il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, indiki dövlət büdcəsi layihəsinin ötən illərin müvafiq zərflərindən fərqi, özünəməxsusluğu ondan ibarətdir ki, yaxın illər üçün Azərbaycanın iqtisadi inkişafı proqnozları da cari büdcə layihəsinə daxil edilib: "Bundan başqa, dövlət büdcəsi yenə də sosial və investisiya yönümlü olmasını qoruyub saxlayıb ki, bu da qlobal iqtisadi böhranın təzahürlərinin davam etməsi baxımından olduqca vacibdir".

Millət vəkili qeyd edib ki, sənəd bütün müasir tələblər, həmçinin qlobal iqtisadi tendensiyalar nəzərə alınmaqla tərtib edilib: "Bundan əlavə, büdcə layihəsi "Azərbaycan-2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında əks olunan milli iqtisadiyyatın gələcək inkişafının məqsədlərini nəzərə alır. Gələn ilin büdcəsinin prioritet məqsədlərindən biri makroiqtisadi sabitliyin və gələcək sosial-iqtisadi inkişafın möhkəmləndirilməsidir. Ötən 20 il ərzində ölkə ÜDM-i 3,4 dəfə artıb, qeyri-neft sektorunda ikiqat artım qeydə alınıb. Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının təqribən 85 faizini təşkil edir. Əminəm ki, gələn ilin dövlət büdcəsi Azərbaycanın inkişafının yeni mərhələsi olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti